Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulub.
Sport1.az xəbər verir ki, son oyun günündə 1 qarşılaşma baş tutub.
Debütant "Şəfa" son çempion "Sabah"la qarşılaşıb.
Turun buna qədər keçirilən duellərində "Neftçi" "İmişli"ni (3:2), "Kəpəz" "Qəbələ"ni (1:0) məğlub edib.
"Sumqayıt" - "Şamaxı" (1:1), "Araz-Naxçıvan" - "Turan Tovuz" (2:2), "Zirə" - "Qarabağ" (1:1) oyunlarında isə qalib müəyyənləşməyib.
Misli Premyer Liqası. 5-ci tur
19:00 "Şəfa" - "Sabah" 0:3
Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhrab Abbasov, Ruslan Quliyev
VAR: Əliyar Ağayev
AVAR: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
"SOCAR Polymer Arena".