son dəqiqə SON DƏQİQƏ
Camal Feyziyev: “Növbəti hədəfim finalda qalib gələrək Dünya çempionu olmaqdır” II Liqada II turun oyun cədvəli bəlli olub “Gəncə”də daha bir legioner Paraatletika üzrə Açıq Qapı Günü keçiriləcək MPL: 3-cü turun oyunlarının mübahisəli epizodlarının şərhi "Kəpəz"dən "Gəncəbasar"a Azərbaycan II Liqası: Bu gün 1-ci tura yekun vurulur "Neftçi" Kenan Piriçlə vidalaşıb Fərid Qayıbov "SportAccord"un prezidenti ilə görüş keçirib "Zəngəzur"dan 4 transfer "Kəpəz" - "Şamaxı" oyununa satılan biletlərin sayı açıqlanıb Premyer Liqa klublarının yay transferləri Azərbaycan milli komandası altı pillə irəliləyib "Neftçi"nin Premyer Liqada növbəti oyununun biletləri satışa çıxarılıb Bakıda keçiriləcək bu turnirdə 4 ölkənin idmançıları yarışacaqlar Azərbaycan Çempionatı: Yarışın ilk günü yekunlaşıb, qaliblər bəlli olub Almaniyalı qapıçı karyerasını Azərbaycanda davam etdirəcək "Milli komandaya dəvət olunsam..." Daha bir azərbaycanlı idmançı diskvalifikasiya olunub "Şamaxı"dan ayrılan tanzaniyalı Əlcəzair klubunda forma geyinəcək Premyer Liqa təmsilçisinin üzvü I Liqada çıxış edəcək "Zirə" bu futbolçunun transferi üçün 100 min avrodan keçəcək Millimizin üzvü Polina Rəhimova yığmadakı karyerasını başa vurdu MPL: "Qarabağ" - "Araz-Naxçıvan" oyununun biletləri satışa çıxarılır "Şəmkir"dən daha iki transfer "Şəfa"dan "Şahdağ Qusar"a UEFA Millətlər Liqası: Yığmamızın matçının yeri dəyişdirilib Günün oyunları:

Paraatletika üzrə Açıq Qapı Günü keçiriləcək

Bölmə adı Digər
Yayımlandı Bu gün, 18:14

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi paraatletika idman növü üzrə yeni istedadların aşkar edilməsi və əlilliyi olan şəxslərin idmana cəlb olunması məqsədilə Açıq Qapı Günü təşkil edəcək.

Sport1.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Sentyabrın 17-də Bakı Atletika Mərkəzində saat 12:00-dan 14:00-dək keçiriləcək tədbirdə 12-17 yaş aralığında olan iştirakçılar paraatletikanın qaçış, uzunluğa tullanma və nüvə itələmə növləri üzrə öz bacarıqlarını sınamaq, eləcə də mütəxəssislərin nəzarəti altında ilkin qiymətləndirmədən keçmək imkanı əldə edəcəklər.

Tədbirdə qolun dirsəkdən aşağı və ya yuxarı hissəsinin inkişafdan qalması yaxud amputasiyası, aşağı ətrafın inkişafdan qalması və ya amputasiyası, görmə məhdudiyyəti, cırtdanboyluluq və serebral iflici olan 12-17 yaşlı şəxslər iştirak edə bilərlər.

Milli Paralimpiya Komitəsi bu təşəbbüslə paraatletikanın kütləviləşdirilməsini, yeni istedadların üzə çıxarılmasını və gələcəkdə milli komandanın heyətinə cəlb oluna biləcək perspektivli idmançıların ehtiyat bazasının formalaşdırılmasını hədəfləyir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR