SON DƏQİQƏ
Transfer çalışmalarını davam etdirən “Şimal” heyətini yeni oyunçu ilə gücləndirib.
Sport1.az xəbər verir ki, klub 21 yaşlı hücumçu Lamah Bamba ilə mövsüm sonunadək müqavilə imzalayıb.
Gənc oyunçu 15 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, o, karyerası ərzində Moldovanın “Saksan”, Belarusiyanın “Slavia Mozyr” və “Smorgon” komandalarında çıxış edib.