"Zəngəzur"dan 4 transfer

Bölmə adı II Liqa
Yayımlandı 2-09-2026, 16:36

2026/27 mövsümündə Azərbaycan II Liqasında mübarizə aparacaq "Zəngəzur" heyətinə 4 futbolçu cəlb edib.

Sport1.az xəbər verir ki, klub Cavid Tağıyev, Nurlan Novruzov, Şahin Zəkiyev, Tural Qürbətovla müqavilə imzalayıb.

Tağıyev karyerası ərzində "Qarabağ", "Zirə" kimi klublarda çıxış edib. O, Azərbaycan yığmasında 2 oyunda forma geyinib.

Zəkiyev "İmişli", "İrəvan", Novruzov "Sumqayıt", "Bakı", Qürbətov isə "Bakı", "Sabah", "Kəpəz", "Xankəndi" kimi klublarda çıxış edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR