Azərbaycan II Liqası: Bu gün 1-ci tura yekun vurulub - YENİLƏNİB

Bölmə adı II Liqa / Manşet
Yayımlandı 2-09-2026, 17:22

Bu gün Azərbaycan II Liqasında 1-ci tura yekun vurulub.

Sport1.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma keçirilib.

"Difai" "Dinamo" ilə, "Zəngəzur" "Ağstafa Gəncləri" ilə, "Şəmkir" "Marafon"la qarşılaşıb.

Dünən "Şəki" "Ağdaş"ı (4:2), "Qaradağ Lökbatan" "Hypers"i (2:1), "Şirvan" "Kür-Araz"ı (6:1) məğlub edib.

Azərbaycan II Liqası. 1-ci tur

17:00 "Difai" - "Dinamo" 1:3
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Mehdi Yusifov
Palms Sports Futbol Mərkəzi (IV meydança).

17:00 "Zəngəzur" - "Ağstafa Gəncləri" 3:4
Hakimlər: Hacıağa Həsənov, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Vaqif Vəliyev
Binə qəsəbə stadionu.

17:00 "Şəmkir" - "Marafon" 1:1
Hakimlər: Rəsul Babayev, Cavid Ömərov, Sadiq Əliyev, Rasim Musayev
Şamaxı OİK stadionu.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR