Bu gün gənclər və idman naziri Fərid Qayıbov "SportAccord"un prezidenti Uğur Erdeneri qəbul edib.
Sport1.az xəbər verir ki,görüşdə Azərbaycanda beynəlxalq idman tədbirlərinin təşkili, ölkəmizin "SportAccord" ilə əməkdaşlığının inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Gələn il Bakıda keçiriləcək "SportAccord World Sport & Business Summit"ə hazırlıq məsələləri, tədbirin yüksək səviyyədə təşkili və qarşıdakı dövrdə görüləcək işlər müzakirə edilib.
Görüşdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Maqsud Fərzullayev və "SportAccord"un icraçı direktoru Kelli Firvezer də iştirak ediblər.
