Daha bir azərbaycanlı idmançı diskvalifikasiya olunub - SƏBƏB

Bölmə adı Digər
Yayımlandı 2-09-2026, 13:21

Azərbaycanlı ağırlıqqaldıran Fazilə İmanova antidopinq qaydalarını pozub.

Sport1.az xəbər verir ki, idmançının analiz nümunəsində qadağan olunmuş maddə tapılıb.

Ondan götürülmüş sınaq nüsxəsində anabolik androgenik steroidlər (AAS)/metribolone aşkarlanıb.

Sanksiyanın müddəti 2029-cu ilin mayına qədər qüvvədə olacaq.

Xatırladaq ki, kikboksçu Baba Abbaszadə antidopinq qaydalarını pozduğu üçün 2 il müddətinə diskvalifikasiya olunmuşdu.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR