son dəqiqə SON DƏQİQƏ
“Gəncə”də daha bir legioner Paraatletika üzrə Açıq Qapı Günü keçiriləcək MPL: 3-cü turun oyunlarının mübahisəli epizodlarının şərhi "Kəpəz"dən "Gəncəbasar"a Azərbaycan II Liqası: Bu gün 1-ci tura yekun vurulur "Neftçi" Kenan Piriçlə vidalaşıb Fərid Qayıbov "SportAccord"un prezidenti ilə görüş keçirib "Zəngəzur"dan 4 transfer "Kəpəz" - "Şamaxı" oyununa satılan biletlərin sayı açıqlanıb Premyer Liqa klublarının yay transferləri "Qarabağ"ın III təsnifatda mümkün rəqibləri bəlli olub Azərbaycan milli komandası altı pillə irəliləyib "Neftçi"nin Premyer Liqada növbəti oyununun biletləri satışa çıxarılıb Bakıda keçiriləcək bu turnirdə 4 ölkənin idmançıları yarışacaqlar Azərbaycan Çempionatı: Yarışın ilk günü yekunlaşıb, qaliblər bəlli olub Almaniyalı qapıçı karyerasını Azərbaycanda davam etdirəcək "Milli komandaya dəvət olunsam..." Daha bir azərbaycanlı idmançı diskvalifikasiya olunub "Şamaxı"dan ayrılan tanzaniyalı Əlcəzair klubunda forma geyinəcək Premyer Liqa təmsilçisinin üzvü I Liqada çıxış edəcək "Zirə" bu futbolçunun transferi üçün 100 min avrodan keçəcək Millimizin üzvü Polina Rəhimova yığmadakı karyerasını başa vurdu MPL: "Qarabağ" - "Araz-Naxçıvan" oyununun biletləri satışa çıxarılır "Şəmkir"dən daha iki transfer "Şəfa"dan "Şahdağ Qusar"a UEFA Millətlər Liqası: Yığmamızın matçının yeri dəyişdirilib Günün oyunları: "Şirvan" qələbə ilə başladı

Azərbaycan Çempionatı: Yarışın ilk günü yekunlaşıb, qaliblər bəlli olub

Bölmə adı Avarçəkmə
Yayımlandı Bu gün, 14:19

Avarçəkmə və kanoe üzrə Azərbaycan Çempionatında ilk yarış günü başa çatıb.

Sport1.az xəbər verir ki, idmançılar 11 dəst medal uğrunda mübarizə aparıblar.

K1 200 metr məsafədə 2008-2009-cu il təvəllüdlü oğlanlar arasında Əlimurad Hacızadə, 2010–2011-ci il təvəllüdlülərdə Elmir Tarverdiyev, 2012-2013-cü il təvəllüdlülərdə Yunus Əhmədov, qızlar arasında isə Leyla Əli çempion olublar.

K2 200 metr məsafədə 2010-2011-ci il təvəllüdlü oğlanlar arasında Kamal Tağıyev - Əziz Əhmədli cütü, 2012–2013-cü il təvəllüdlülərdə isə Səbuhi Cəfərzadə - Soltan Mustafalı dueti birinci yeri tutublar.

C1 200 metr məsafədə 2008-2009-cu il təvəllüdlü oğlanlarda Hüseyn Səmədli, 2010-2011-ci il təvəllüdlülərdə Fəxri Sadıqlı fərqləniblər.

Akademik avarçəkmə növündə (1x) 1500 metr məsafədə 2008-2009-cu il təvəllüdlü oğlanlar arasında Azər İlyasov, 2010-2011-ci il təvəllüdlülərdə Məhəmməd Həsənov, 1000 metr məsafədə 2012–2013-cü il təvəllüdlülərdə isə Yusif Əliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qaliblər diplom və medallarla mükafatlandırılmaqla yanaşı, sentyabrın 29-dan oktyabrın 2-dək keçiriləcək beynəlxalq Mingəçevir Reqasında iştirak edəcək komandanın heyətinə cəlb olunacaqlar.

Yarışda idmançılar akademik avarçəkmə və kayak növündə bir və iki nəfərlik, kanoedə isə bir nəfərlik qayıqda mübarizə aparırlar. Azərbaycan çempionatına bu gün yekun vurulacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR