Dani Bolt yeni komandasında ilk qolunu vurdu

Bölmə adı Futbol
Yayımlandı 1-09-2026, 20:55

“Qarabağ”dan ayrılıb “Yohor Darul Tazim” klubuna keçən Dani Bolt yeni komandasına qol sevinci yaşadıb.

Sport1.az xəbər verir ki, Malayziya Kubokunun 1/8 final mərhələsinin ilk oyununda “Yohor Darul Tazim” səfərdə “Damansara” ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

1 sentyabr

”Damansara” - “Yohor Darul Tazim” - 1:4

Qollar: A.Akmal, 90+1 // Jairo, 3-pen.; Dani Bolt, 29, M.Hidalqo, 42, 53

Qeyd edək ki, 27 yaşlı sağ cinah oyunçusu “Qarabağ”a 2025-ci ildə Portuqaliyanın “Torrense” klubundan transfer olunmuşdu. Ağdam təmsilçisi 29 avqustda futbolçu ilə yollarını ayırıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR