UEFA Millətlər Liqası: Yığmamızın matçının yeri dəyişdirilib - RƏSMİ

Bölmə adı Milli
Yayımlandı 2-09-2026, 10:36

UEFA Millətlər Liqası çərçivəsində Azərbaycan və Litva arasında keçiriləcək D Liqası matçının yeri dəyişdirilib.

Sport1.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, IV tur qarşılaşması oktyabrın 4-də 8-ci km stadionunda ("Palms Sports Arena"da) təşkil olunacaq.

Oyunun başlama saatı isə 17:00 olaraq saxlanılıb.

AFFA buna qədər Azərbaycan - Litva matçının Gəncə Stadionunda keçiriləcəyini açıqlamışdı.

Oktyabrın 1-də Lixtenşteynlə görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR