son dəqiqə SON DƏQİQƏ
“Gəncə”də daha bir legioner Paraatletika üzrə Açıq Qapı Günü keçiriləcək MPL: 3-cü turun oyunlarının mübahisəli epizodlarının şərhi "Kəpəz"dən "Gəncəbasar"a Azərbaycan II Liqası: Bu gün 1-ci tura yekun vurulur "Neftçi" Kenan Piriçlə vidalaşıb Fərid Qayıbov "SportAccord"un prezidenti ilə görüş keçirib "Zəngəzur"dan 4 transfer "Kəpəz" - "Şamaxı" oyununa satılan biletlərin sayı açıqlanıb Premyer Liqa klublarının yay transferləri "Qarabağ"ın III təsnifatda mümkün rəqibləri bəlli olub Azərbaycan milli komandası altı pillə irəliləyib "Neftçi"nin Premyer Liqada növbəti oyununun biletləri satışa çıxarılıb Bakıda keçiriləcək bu turnirdə 4 ölkənin idmançıları yarışacaqlar Azərbaycan Çempionatı: Yarışın ilk günü yekunlaşıb, qaliblər bəlli olub Almaniyalı qapıçı karyerasını Azərbaycanda davam etdirəcək "Milli komandaya dəvət olunsam..." Daha bir azərbaycanlı idmançı diskvalifikasiya olunub "Şamaxı"dan ayrılan tanzaniyalı Əlcəzair klubunda forma geyinəcək Premyer Liqa təmsilçisinin üzvü I Liqada çıxış edəcək "Zirə" bu futbolçunun transferi üçün 100 min avrodan keçəcək Millimizin üzvü Polina Rəhimova yığmadakı karyerasını başa vurdu MPL: "Qarabağ" - "Araz-Naxçıvan" oyununun biletləri satışa çıxarılır "Şəmkir"dən daha iki transfer "Şəfa"dan "Şahdağ Qusar"a UEFA Millətlər Liqası: Yığmamızın matçının yeri dəyişdirilib Günün oyunları: "Şirvan" qələbə ilə başladı

"Milli komandaya dəvət olunsam..."

Bölmə adı Voleybol
Yayımlandı Bu gün, 13:42

"Hər kəsə təşəkkür etmək istəyirəm. Bu gün milli komandadakı karyeramı başa vurdum. Burada 15 il çıxış etdim".

Sport1.az xəbər verir ki, bu sözləri voleybolçu Polina Rəhimova deyib.

O, Azərbaycan millisindəki karyerasından söz açıb:

"4 dəfə Olimpiadanın təsnifat mərhələsində, 2 dəfə Dünya Çempionatında, 9 dəfə Avropa Çempionatının final mərhələsində oynadım. Dünya rekorduna imza atdım. Bu rekordla ölkəmizin bayrağını mümkün qədər yüksəyə qaldırdım, çünki hələ də bu rekordu heç kim yeniləməyib.

​Arzulayıram ki, gənclərdən ibarət yığma komandamız daha da inkişaf etsin. Hazırda komandada yerli oyunçular var, bu çox dəyərlidir, çox yaxşı haldır. Azərbaycanda voleybolun yaşamağa davam etdiyini görmək çox xoşdur, bu çox qürurvericidir, insanı ruhlandırır. İnsanlar bu işlə məşğul olurlar. Mən də şadam ki, buna töhfə verə bildim.

Polina azarkeşlərdən yığmaya dəstək olmaqlarını xahiş edib:

"Voleybola son nöqtəni qoymuram. Əgər ehtiyac olarsa, milli komandaya dəvət olunaramsa, məşqçi köməkçisi kimi kömək etməyə hazıram. Hər kəsi yay düşərgəsinə dəvət etmək istəyirəm. 3 həftə ərzində 3 müxtəlif yaş qrupundan olan uşaqlar üçün ustad dərsləri keçəcəyəm. Hamınızı orada görməyə çox şad olardım. ​Hər kəsə təşəkkür edirəm. Bu, həyatımın çox möhtəşəm bir hekayəsi idi. Öz kitabımı bağlayıb yenisinə başlayıram. Həyat davam edir. Çox sağ olun".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR