MPL: "Qarabağ" - "Araz-Naxçıvan" oyununun biletləri satışa çıxarılır

Bölmə adı Premyer Liqa
Yayımlandı 2-09-2026, 11:37

Misli Premyer Liqasının 4-cü turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Araz-Naxçıvan" oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışda olacaq.

Sport1.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir və 5-20 manat aralığındadır.

Oyun günü azarkeşlər biletlərini stadionun kassalarından və ya iTicket.az-dan əldə edə bilərlər.

Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR