son dəqiqə SON DƏQİQƏ
Azərbaycan Kuboku: ● "Araz-Naxçıvan" "Kəpəz"ə uduzur, "Sabah" "Neftçi" ilə qarşılaşır ● Azərbaycan Kubokunda yeni rekord ● Azərbaycan Kuboku: "Ağdaş" evdə "Hypers"lə bacarmayıb ● MOİK "Mingəçevir"ə qarşı, "Şimal" "Xankəndi" ilə üz-üzə ● Azərbaycanın U-15 millisinin təlim-məşq toplanışı baş tutacaq ● "Neftçi" "Sabah"la matçdan öncə azarkeşlərinə müraciət ünvanladı ● "Araz-Naxçıvan" - "Kəpəz": ● "Neftçi" - "Sabah": Turun mərkəzi matçına nə qədər bilet satılıb? ● Kiçik kənddə böyük futbol ● AMADA-dan "Kəpəz" üçün seminar ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev mundialla erkən vidalaşdı ● BOS Çempionlar Liqasına hazırdır ● Günün oyunları: ● DÇ: Zelim Kotsoyev 1/8 finalda ● Azərbaycan Basketbol Liqası: "Sumqayıt" "Naxçıvan"a qarşı ● ABŞ-dən olan basketbolçu NTD-də ● Avropa Çempionatı: Azərbaycanın 8 boksçusu yarımfinala vəsiqə qazanıb ● Zelim Kotsoyev qələbə ilə başladı ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev bu gün tatamiya çıxacaq ● Premyer Liqa klublarının yay transferləri ● Taekvondoçumuz Fransada ikinci oldu ● Bakıda Avropa su idmanının gələcəyi müzakirə edilib ● AFFA UEFA-nın qərarına qarşı çıxıb ● “Sabah”la oyunun hazırlığı başa çatıb ● “Səbail” “Karvan-Yevlax”la bacarmadı ● VI turun oyun cədvəli açıqlanıb ● “İmişli”də iki ayrılıq birdən ●

Valideyn şikayətçidir, Cüdo Federasiyası müraciət gözləyir - VİDEO

Bölmə adı Cüdo / Gündəm
Yayımlandı 30-07-2026, 16:12

“Feysbuk”da Cüdo Federasiyası ilə bağlı maraqlı paylaşım edilib.

Sport1.az xəbər verir ki, Səyyara Elxan adlı xanım istifadəçi U17 yeniyetmələr arasında Liqa yarışının 3-cü turunda övladına qarşı haqsızlıq olduğunu bildirib:

“Burada ağ geyimli mənim oğlumdur. O qədər də başım çıxmır. Amma özü deyir ki, müəllimim və başqa bilən adama da soruşmuşam. Buradakı hərəkət ippondur. Sonra da ayağa qalxıb, ağzı zədələnib, qan axdığı halda mate verilməyib. Çünki rəqib federasiyada çalışan şəxsin uşağı idi. Oğlumu "udub"və başqasına uduzub. Uşaq cüdo yarışlarına getdiyi vaxtdan dəfələrlə gəlib "haqqımı yedilər" deyib. Fikir vermədiyim üçün çox peşmanam. Tanıyanlar bilir mənim oğlum 10 ilə yaxın müddətdir ki, cüdo ilə məşğul olur. Bu, onun sevgisidir. İsti, soyuq demədən məşqlərə gedib. Hətta hazırlıqlarını buna görə ləğv etmək məcburiyyətində qalmışam. Bu yeniyetmənin sevgisini, həvəsini əlindən aldılar. Artıq nə məşq etmək, nə yarışlara getmək istəmir. Azərbaycan Cüdo Federasiyası, çox ayıb olsun!”.

Məsələ ilə bağlı qurumun rəsmi mövqeyini öyrəndik. Cüdo Federasiyanın mövzu ilə bağlı mövqeyi belə oldu:

“Hakimlik qərarları ilə bağlı epizodların yenidən nəzərdən keçirilməsi üçün müəyyən edilmiş rəsmi prosedur mövcuddur. Bunun üçün müvafiq idmançının məşqçisi Azərbaycan Cüdo Federasiyasına rəsmi müraciət etməlidir. Bundan sonra qurum tərəfindən qeyd olunan epizod ətraflı araşdırılır və baxışın nəticəsi barədə müraciət edən tərəfə rəsmi şəkildə məlumat təqdim edilir”.

Müəllif: Həlimə Əliyeva
OXŞAR XƏBƏRLƏR