son dəqiqə SON DƏQİQƏ
Elvin Cəfərquliyev əməliyyat olunub “Ağstafa Gəncləri” mövsümə qələbə ilə başladı - Camal Feyziyev: “Növbəti hədəfim finalda qalib gələrək Dünya çempionu olmaqdır” II Liqada II turun oyun cədvəli bəlli olub “Gəncə”də daha bir legioner Paraatletika üzrə Açıq Qapı Günü keçiriləcək MPL: 3-cü turun oyunlarının mübahisəli epizodlarının şərhi "Kəpəz"dən "Gəncəbasar"a Azərbaycan II Liqası: Bu gün 1-ci tura yekun vurulur "Neftçi" Kenan Piriçlə vidalaşıb Fərid Qayıbov "SportAccord"un prezidenti ilə görüş keçirib "Zəngəzur"dan 4 transfer "Kəpəz" - "Şamaxı" oyununa satılan biletlərin sayı açıqlanıb Premyer Liqa klublarının yay transferləri Azərbaycan milli komandası altı pillə irəliləyib "Neftçi"nin Premyer Liqada növbəti oyununun biletləri satışa çıxarılıb Bakıda keçiriləcək bu turnirdə 4 ölkənin idmançıları yarışacaqlar Azərbaycan Çempionatı: Yarışın ilk günü yekunlaşıb, qaliblər bəlli olub Almaniyalı qapıçı karyerasını Azərbaycanda davam etdirəcək "Milli komandaya dəvət olunsam..." Daha bir azərbaycanlı idmançı diskvalifikasiya olunub "Şamaxı"dan ayrılan tanzaniyalı Əlcəzair klubunda forma geyinəcək Premyer Liqa təmsilçisinin üzvü I Liqada çıxış edəcək "Zirə" bu futbolçunun transferi üçün 100 min avrodan keçəcək Millimizin üzvü Polina Rəhimova yığmadakı karyerasını başa vurdu MPL: "Qarabağ" - "Araz-Naxçıvan" oyununun biletləri satışa çıxarılır "Şəmkir"dən daha iki transfer "Şəfa"dan "Şahdağ Qusar"a

Camal Feyziyev: “Növbəti hədəfim finalda qalib gələrək Dünya çempionu olmaqdır”

Bölmə adı Güləş
Yayımlandı Bu gün, 19:15

Çimərlik güləşi üzrə Dünya seriyasının IV mərhələsinin çempionu Camal Feyziyev (+90 kq) qələbə təəssüratlarını bölüşüb.

Sport1.az xəbər verir ki, idmançı bunu Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib.

O, əvvəllər yunan-Roma güləşi ilə məşğul olduğunu deyib:

"Gücümü güləş növlərində, eləcə də cüdo və sumoda sınamışam. Sumo üzrə 10 qat Avropa çempionuyam. Çimərlik güləşi sumoya çox bənzəyir. Elə bu yarışın finalında qarşılaşdığım ukraynalı Vaja Dayauri ilə daha öncə sumoda 5 dəfə üz-üzə gəlmişəm. Bunların üçündə mən qalib gəlmişəm. Rəqib sumo üzrə Dünya çempionudur. Sevindirici haldır ki, doğma məkanda və azarkeşlərimiz önündə güclü rəqibə qalib gələrək çempion oldum.

Camal Feyziyev yarış yüksək səviyyədə təşkil olunduğunu da söyləyib:

“Federasiya rəhbərliyinin mənə inamı və böyük dəstəyi var idi. Hərbi xidməti apreldə bitirdiyim üçün Dünya Seriyasının ilk yarışlarında iştirak edə bilmədim. Baş məşqçimiz Oyan Nəzərianinin rəhbərliyi altında keçirdiyimiz 2 aylıq təlim-məşq toplanışı sayəsində bu uğura imza ata bildim. Növbəti hədəfim Yunanıstanda keçiriləcək Dünya Seriyasının final mərhələsində qalib gələrək Dünya çempionu olmaqdır".


Qeyd edək ki, Azərbaycanın çimərlik güləşçiləri Bakıda keçirilən Dünya Seriyasının IV mərhələsində 7 medal qazanıblar.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR