son dəqiqə SON DƏQİQƏ

"Sabah"ın üzvləri Çempionlar Liqasının ən yaxşıları sırasında

Bölmə adı Sabah / Özəl
Yayımlandı 30-07-2026, 11:01

UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin oyunları başa çatıb.

Sport1.az xəbər verir ki, bu raunddan sonra turnirlə bağlı maraqlı statistik məlumatlar ortaya çıxıb.

Təmsilçimiz "Sabah"ın 2 üzvü yarışın təsnifat mərhələsinin bombardirləri sıralamasında ilk "10-luq"da yer alıblar. Söhbət Velko Simiç və Coy-Lens Mikelsdən gedir.

Serbiyalı yarımmüdafiəçi 4 oyunda 3 dəfə rəqibləri məyus edib. Bu səbəbdən Simiç bombardirlər sırasında 2-5-ci pillərdə qərarlaşıb.

Mikels isə 4 oyunda 2 dəfə fərqlənib. Ruanda millisinin üzvü bu göstərici ilə 6-22-ci pillələrdə qərarlaşıb.

Qeyd edək ki, "Sabah" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Danimarkanın "Orxus" klubu ilə qarşılaşacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR