UEFA Gənclər Liqasında mübarizə aparacaq "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasının III təsnifat mərhələsində mümkün rəqibləri məlum olub.
Sport1.az xəbər verir ki, Rəşad Sadiqovun komandası mərhələ adlasa, növbəti raundda "Benfika" (Portuqaliya) - "Pafos" (Kipr) cütünün qalibi ilə qarşılaşacaq.
Xatırladaq ki, U-19 II mərhələdə "Dinamo" (Zaqreb) ilə qarşılaşacaq.
Təmsilçimiz ilk görüşünü oktyabrın 28-də Bakıda, cavab oyununu noyabrın 4-də Xorvatiyada keçirəcək.