"Kəpəz" azarkeşlərinə ŞAD XƏBƏR

Bölmə adı Kəpəz
Yayımlandı Bu gün, 17:36

"Kəpəz" Misli Premyer Liqasının 4-cü turunun "Şamaxı" ilə evdə keçirəcəyi matçın bilet qiymətlərində endirim edib.

Sport1.az xəbər verir ki, ən ucuz bilet qapılar arxasındakı sektorlar üçün 2 manatadır.

Digər sektorlara biletlər 3 manat, 5 manat, 10 manat və 20 manata satılacaq.

Biletləri bu gündən stadionun kassalarından almaq olar.

"Sarı-göylər" "Turan Tovuz"la oyundakı 13500 nəfərlik azarkeş sayı rekordunu yeniləmək üçün belə bir qərar qəbul edib.

Xatırladaq ki, "Kəpəz" - "Şamaxı" dueli sentyabrın 4-ü, saat 20:15-də keçiriləcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR