Azərbaycanın çimərlik voleybolu üzrə milli komandaları sentyabrda keçiriləcək müxtəlif yaş qrupları üzrə Avropa Çempionatlarında iştirak edəcəklər.
Sport1.az xəbər verir ki, öncə U-20 yığmamız sentyabrın 3-dən 6-na qədər İtaliyanın Battipaglia şəhərində təşkil olunacaq turnirdə mübarizə aparacaqlar.
Yarışda ölkəmizi oğlanlar arasında İbrahim Məmmədov / Muhamməd Aslanlı, qızlar arasında Səbinə Əlizadə / Leyla Əliyeva cütləri təmsil edəcək.
U-22 seçməmiz sentyabrın 10-dan 13-nə qədər İspaniyanın Madrid şəhərində baş tutacaq Avropa Çempionatında iştirak edəcəklər.
Bu yaş qrupunda Azərbaycanı oğlanlar arasında İbrahim Məmmədov / Muhamməd Aslanlı, qızlar arasında Səbinə Əlizadə / Leyla Əliyeva cütləri təmsil edəcək.
18 yaşadək voleybolçulardan ibarət millimiz sentyabrın 17-dən 20-nə qədər Türkiyənin İzmir şəhərində keçiriləcək yarışda mübarizə aparacaq.
Bu yarışda oğlanlar arasında Emil Safronov / Tamerlan Tağıyev, qızlar arasında Dilarə Ağayeva / Leyla Əliyeva cütü ölkəmizi təmsil edəcək.