Azərbaycan Çempionatının püşkatma mərasimi keçirilib

Bölmə adı Avarçəkmə
Yayımlandı Bu gün, 15:19

Mingəçevirdə akademik avarçəkmə, kayak və kanoe üzrə keçiriləcək Azərbaycan Çempionatının püşkatma mərasimi baş tutub.

Sport1.az xəbər verir ki, tədbirdə Azərbaycan Su İdman Növləri Federasiyasının nümayəndələri, hakimlər və məşqçilər iştirak ediblər.

Püşkatmanın nəticələrinə əsasən, idmançıların çıxış edəcəkləri qruplar, start ardıcıllığı və məsafələr müəyyənləşib.

Yarışa Bakı və Mingəçevirdən 100-dən artıq idmançı qatılacaq.

Onlar akademik avarçəkmə, kayak üzrə 1 və 2 nəfərlik, kanoe üzrə isə yalnız 1 nəfərlik qayıqlarda mübarizə aparacaqlar.

Çempionatda ilk dəfə olaraq kayak üzrə qarışıq cütlüklərin yarışı da keçiriləcək.

Bu yarış sentyabr–oktyabr aylarında keçirilməsi planlaşdırılan ənənəvi "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə hazırlıq və seçim xarakteri daşıyır.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR