Qadınlar arasında 3x3 basketbol üzrə Dünya Seriyasının (Women Series) 2026-cı il mövsümü yekunlaşıb.
Sport1.az xəbər verir ki, təmsilçimiz "Neftçi SOCAR" mövsümü ikinci pillədə tamamlayıb - 672 xal.
Qeyd edək ki, "ağ-qaralar" 12 mərhələnin 2-də - "Orlean" və "Marsel" turnirlərində çempion olub.