Azərbaycan Ağırlıqqaldırma Federasiyasının Prezidenti Kamran Nəbizadə Priştina şəhərində keçirilmiş Avropa Birinciliyində 15 medal qazanmış komanda üzvlərini qəbul edib.
Sport1.az xəbər verir ki, görüşdə AAF-ın vitse-prezidenti Firdovsi Umudov, yığma komandanın məşqçiləri, idmançılar və komandanın həkim heyəti iştirak ediblər.
Görüşün sonunda federasiyanın rəhbəri Kamran Nəbizadə komanda üzvləri ilə xatirə fotosu çəkdirib.
