II Liqada çıxış edən "Sheki City"nin adı və loqosu dəyişdirilib.
Sport1.az xəbər verir ki, bölgə təmsilçisi yarışlarda "Şəki" adı altında mübarizə aparacaq.
Komanda ad və loqo dəyişikliyi ilə bağlı bütün sənədləşmə işlərini başa çatdırıb və zəruri sənədlər Peşəkar Futbol Liqasına təqdim edilib.
Liqaların Əsasnaməsinin müvafiq bəndinə əsasən, adı dəyişdirilmiş klub əvvəlki klubun PFL üzvlüyünə malik olur, yarışlarda iştirak etməklə bağlı əvvəllər ortaya çıxan bütün öhdəlikləri yerinə yetirir.