Azərbaycanlı kikboksçu Baba Abbaszadə antidopinq qaydalarını pozduğu üçün 2 il müddətinə diskvalifikasiya olunub.
Sport1.az xəbər verir ki, idmançının analiz nümunəsində qadağan olunmuş maddə aşkarlanıb.
Abbaszadədən götürülmüş sınaq nüsxəsində "S5 Diuretiklər və ya Gizlədici Agentlər" sinfinə aid olan furosemid maddəsi və ya onun metabolitləri tapılıb.
Sanksiya 2026-cı il iyulun 6-dan 2028-ci il iyulun 6-dək qüvvədə olacaq.