"Baku Sportinq" heyətinə daha bir futbolçu cəlb edib.
Sport1.az xəbər verir ki, I Liqa təmsilçisi Cabir Əmirlini heyətinə cəlb edib.
Sağ cinah müdafiəçisi karyerası ərzində "İnter Bakı", "Keşlə" (indiki "Şamaxı"), "Sumqayıt", "Neftçi", "Səbail" və "Mingəçevir"də çıxış edib.