Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Çempionatında pley-off oyununa çıxacaq.
Sport1.az xəbər verir ki, yığmamız 1/8 finalda Türkiyə seçməsinin qonağı olacaq.
İstanbulda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Komandamız Bakıda keçirilən C qrupunun matçlarında 3-cü, Türkiyə seçməsi isə A qrupunda ikinci yeri tutub.