"Apollon"un (Limassol) oyunçusu Giorgos Malekkidisin "Neftçi"yə transferi gerçəkləşməyib.
Sport1.az Kipr mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi sol cinah müdafiəsi üçün yarım milyon avrodan çox pul tələb edib.
"Ağ-qaralar" isə 29 yaşlı futbolçunun transferi üçün 350 min avrodan keçə biləcəklərini bildirib.
Malekkidisin "Apollon"la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.