son dəqiqə SON DƏQİQƏ
"Şəki" liqaya qələbə ilə başladı - "Qəbələ" "İmişli" ilə oyuna bu məşqçilərin rəhbərliyi altında hazırlaşır Azərbaycan II Liqasında 2026/27 mövsümü başladı Azərbaycan güləşi ağır itki ilə üzləşib Mahir Emrelinin komandasında yeni baş məşqçi təyinatı gerçəkləşib "Neftçi"nin yetirməsi "Şəmkir"də 2026-cı il mövsümü başa çatıb: Bu güləşçi bütün idmançıları qabaqlayıb "Kəpəz" azarkeşlərinə "Şimal"da növbəti legioner Misli Premyer Liqasında avqust ayının ən yaxşı 5 qolu FİFA bu rayondakı stadionda beynəlxalq oyunlara icazə verdi Cabir Əmirli I Liqa klubunda AAF prezidenti Avropa Birinciliyinin medalçıları ilə görüş keçirib Bölgə klubunda yeni müdafiəçi "Mingəçevir"dən daha 2 transfer Azərbaycan Çempionatının püşkatma mərasimi keçirilib UEFA Gənclər Liqası: "Sabah"ın əsas mərhələdəki oyunlarının Avropa Çempionatı: Milli komandalarımız üçün ciddi sınaq Abubakar bölgə klubunda "Neftçi" - "Sabah" oyununun yeri, günü və saatı açıqlanıb "Zirə"nin sabiq üzvü "Gəncəbasar"da "Neftçi"nin yetirməsi "Şəmkir"də "Marafon" qapıçı transfer edib "Neftçi"dən yarım milyon istədilər, "ağ-qaralar"a transferi baş tutmadı Azərbaycanlı kikboksçuya dopinqə görə Son 10 mövsümün antirekordu Bu Azərbaycan klubunun adı və loqosu dəyişdirildi

Azərbaycan güləşi ağır itki ilə üzləşib

Bölmə adı Güləş
Yayımlandı Bu gün, 18:50

Bu gün qadın güləşi üzrə milli komandanın məşqçisi Həsrət Məmmədyarov vəfat edib.

Sport1.az Güləş Federasiyasına istinadən xəbər verir ki, o, 1 fevral 1959-cu ildə Ağsu rayonunda anadan olub. Uşaq yaşlarından sərbəst güləşlə məşğul olmağa başlayıb və idmançı kimi zəngin, uğurlu karyera keçib. Dəfələrlə SSRİ və Azərbaycan çempionatlarının qalibi, SSRİ Silahlı Qüvvələrinin çempionu olub. Veteranlar arasında üçqat dünya çempionu titulunu qazanıb.

2008-ci ildən əvvəlcə sərbəst güləş, daha sonra qadın güləşi üzrə müxtəlif yaş qrupları üzrə milli komandalarımızda məşqçi kimi fəaliyyət göstərib. Onun uzun illər davam edən məşqçilik fəaliyyəti ərzində Azərbaycan güləşçiləri dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında müxtəlif əyarlı medallar qazanıblar.

Daim işgüzarlığı və intensiv fəaliyyəti ilə seçilən Həsrət Məmmədyarov Azərbaycan güləşinin inkişafına uzun illər ərzində böyük töhfələr verib, peşəkarlığı, zəngin təcrübəsi və yetirmələrinə qayğısı ilə seçilib. Səmərəli fəaliyyətinə görə “Əməkdar məşqçi” fəxri adına layiq görülüb, Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

Müəllif: Həlimə Əliyeva
OXŞAR XƏBƏRLƏR