son dəqiqə SON DƏQİQƏ
Azərbaycan klubu iki məşqçi ilə müqaviləyə qarşılıqlı xitam verib ● MPL: "Şəfa" "Kəpəz"ə qarşı, "Neftçi" "Turan Tovuz"la üz-üzə ● "Şəfa" - "Kəpəz": ● Günün oyunları: ● "Sabah"ın legioner futbolçusu Almaniya klubuna yollana bilər ● Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazandı ● "Ötürmə" verilişi: Samir Abasov öz səhvlərinin cəzasını çəkir ● Avropa Kuboku: "Kür" komandası cavab matçına çıxır ● Avropa Çempionatı: Daha 2 veteran cüdoçumuz gümüş medal qazanıb ● Güləş üzrə Dünya Çempionatı: 4 təmsilçimiz mübarizəyə başlayır ● FİFA U-15 Dünya Çempionatı: Bu gün açılış mərasimi keçiriləcək ● Samir Abasovun dərdi nədir? ● NTD "Ordu"ya qarşı ● Super Liqada 1-ci tur: "Neftçi" ilə "Xilasedici" üz-üzə ● Azərbaycan Basketbol Liqası: "Sabah" "Naxçıvan"a uduzub ● "Sumqayıt" Zirə səfərindən əliboş dönür: ● "Komanda olduqca baxımlı və mobil futbol oynayır" ● "Sayılmayan qolumuzda ofsayd yox idi" ● Qaşim Maqomedov gümüş medal ● Super Liqa: "Azərreyl" və "Murov Az Terminal" ilk turda qələbə qazanıb ● "Zirə"nin legioner futbolçusu ölkə çempionatları tarixinə düşüb ● "Qəbələ" "Araz-Naxçıvan"ı, "Zirə" isə evdə "Sumqayıt"ı məğlub etdi ● Bakı şəhər birinciliyinin baş tutacağı tarix açıqlanıb: ● AÇ: Azərbaycanın 3 boksçusu finala yüksəlib, 2-si bürünc medal qazanıb ● Avropa Kuboku: "Kür" komandası ilk matçında məğlub olub ● "Araz-Naxçıvan" "Qəbələ"yə də uduzdu ● "Qolları rəqibə hədiyyə etdik" ● "Futbolçuların mənim fəlsəfəmi başa düşməsi üçün vaxt lazımdır" ●

Messi millidəki karyerasını başa vurdu

Bölmə adı Dünya Çempionatı
Yayımlandı 31-08-2026, 19:45

Argentina millisinin ulduz futbolçusu Lionel Messi milli komandadakı karyerasını başa vurduğunu açıqlayıb.

Sport1.az xəbər verir ki, 39 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edərək bu qərarı verməyin onun üçün çox çətin olduğunu bildirib:

“Milli komandadan getdiyimi hər kəsə açıqlamaq istəyirəm. Bu qərar ruhumu ağrıtdı və hələ də ağrıdır. Amma vaxtının çatdığını düşünürəm”.

Argentina millisinin formasını hər zaman böyük bağlılıqla daşıdığını vurğulayan ulduz futbolçu bildirib ki, komandası uğur qazanmamışdan əvvəl də bu forma uğrunda mübarizə aparıb.

Messi bundan sonra millidə oynamağa layiq olan gənc futbolçuların yetişdiyini qeyd edib:

“Özümü tamamilə verdim və artıq verəcək daha nəyinsə qalmadığını hiss edirəm. Arxadan çox böyük futbolçular gəlir və onlar burada olmağa layiqdirlər”.

Argentina azarkeşlərinə 20 illik dəstəklərinə görə təşəkkür edən Messi bundan sonra milli komandanı tribunadan dəstəkləyəcəyini bildirib.

Ulduz futbolçu ailəsinə, məşqçilərinə, komanda yoldaşlarına və rəhbərliyə də minnətdarlığını ifadə edib. Messi vida mesajını finaldan iki gün sonra, iyulun 21-də yazdığını, daha sonra atası ilə bağlı yaşanan hadisədən sonra isə qərarından daha da əmin olduğunu qeyd edib.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR