"Baku Sportinq"də iki ayrılıq baş tutub.
Sport1.az xəbər verir ki, klub rəhbərliyinin qərarına əsasən, köməkçi məşqçi Fərid Əlizadə və fiziki hazırlıq üzrə məşqçi Novruz Mustafayev ilə əməkdaşlığa qarşılıqlı olaraq son verilib.
Xatırladaq ki, "Baku Sportinq" cari mövsüm I Liqada çıxdığı bütün oyunlarda uduzub.