"Sabah" klubunun aparıcı futbolçularından olan Coy-Lens Mikelsin növbəti "dayanacağı" Almaniya Bundesliqası ola bilər.
Sport1.az xəbər verir ki, bu barədə "Sky Sports" nəşri məlumat yayıb.
Əslən Ruandadan olan, lakin Almaniyada dünyaya göz açan cinah hücumçusu ilə Münhenqladbax "Borussiya"sında çıxış etmək niyyətindədir.
Qış fasiləsindən dərhal sonra düşərgəsini dəyişmək niyyətində olan 32 yaşlı forvardın paytaxt təmsilçisi ilə hazırkı müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir.
Buna baxmayaraq, tərəflər arasındakı şifahi razılaşmaya əsasən, 400-500 min avro civarında rəsmi təklif daxil olacağı təqdirdə, Bakı təmsilçisi təcrübəli oyunçunun gedişinə mane olmayacaq.
Ruanda yığmasının da formasını geyinən Mikels cari mövsümdə "bayquşlar"ın heyətində keçirdiyi 18 rəsmi qarşılaşmada 10 qol vurub və 1 məhsuldar ötürmə edib.