Bakıda FİFA U-15 Dünya Çempionatı və Festivalına bu gün start veriləcək.
Sport1.az xəbər verir ki, yarışın ilk günündə 92 matç keçiriləcək.
Azərbaycan komandası saat 19:30-da Bakı Kristal Zalında Timor-Leste yığması ilə üz-üzə gələcək.
Bu qarşılaşmadan əvvəl isə eyni məkanda yarışın rəsmi açılış mərasimi təşkil olunacaq.
Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər.
Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.
Oktyabrın 30-da başa çatacaq mundial Hövsan Yarış Kompleksində keçiriləcək.
Açılış və final görüşləri Bakı Kristal Zalında gerçəkləşəcək.