Monteneqroda keçirilən şahmat üzrə Avropa Klub Kuboku başa çatıb.
Sport1.az xəbər verir ki, kişilərin yarışında Azərbaycanın "Vüqar Həşimov" klubu 10 xalla 10-cu yeri tutub.
Qadınların turnirində isə "Odlar Yurdu" 10 xalla 3-4-cü yerləri bölüşüb. Əlavə göstəricilərə əsasən, təmsilçimiz yekun sıralamada 4-cü olub.
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun çıxış etdiyi Türkiyənin "Baegan Pendik" isə turnirin qalibi olub.
"Vüqar Həşimov" klubunun üzvü Aydın Süleymanlı birinci lövhədəki şəxsi nəticələrinə görə bürünc medal qazanıb.
"Odlar Yurdu"nun şahmatçısı Gülnar Məmmədova isə dördüncü lövhədə qızıl medala layiq görülüb.