son dəqiqə SON DƏQİQƏ
Dünya Çempionatı: Azərbaycan medal sayına görə üçüncü oldu ● "Onun 2-ci komandaya göndərilməsi klubun daxili intizam qərarı idi" ● "Sumqayıt" ilk qələbəsini qazandı ● Zirədə qollu bərabərlik ● "Bizə vaxt lazımdır" ● MPL: Zirədə qalib müəyyənləşmədi, "Sumqayıt" "Qəbələ"ni məğlub etdi ● "Şükür, bu gün meydanda vuruşaraq xalımızı qazandıq" ● "Çox yaxşı futbolçudur, istədiyimiz oyunçulardandır" ● Rəhim Həsənovun cəsarətsiz və ya yarınmağa çalışan hakimləri ● "Sumqayıt" - "Qəbələ": ● I Liqa: "Baku Sportinq" Yevlaxda "Gəncəbasar"a uduzub ● "Meydanda qat-qat yaxşı oynayan komanda biz idik" ● "Zirə" - "Şamaxı": ● Kokauri finalda, Kənan Nəsibov bürünc medal uğrunda yarışacaq ● Dünya Çempionatı: İki cüdoçumuz 1/4 finala, biri yarımfinala yüksəlib ● "Məncə, 0:0 oyunun gedişatına uyğun və tam normal nəticədir" ● DÇ: İki cüdoçumuz 1/8 finalda ● Dünya Çempionatı: Madina Kaisinova mundialla vidalaşıb ● "Neftçi"yə qarşı oynayarkən məhz bu komponentlərdə üstün olmalısan" ● Azərbaycanın 5 boksçusu Avropa Çempionatının finalına yüksəlib ● Camal Qamzatxanovdan uğurlu start ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 idmançımız mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● Millimiz “Antalyaspor”u məğlub edib ● “Zirə”nin rəhbəri Qırğızıstanda ● Dambrauskas: “Buna siz qərar verərsiniz” ● Vernidub: “Baş məşqçi başqa cür düşünsə…” ●

İsrail mediasının qorxduğu ssenari: "Sabah" ilk qolu vursa..."

Bölmə adı Sabah / Manşet
Yayımlandı 25-08-2026, 15:56

UEFA Çempionlar Liqasındakı təmsilçimiz "Sabah" bu gün tarixinin ən önəmli matçına çıxacaq.

"Hapoel"ə (Beer-Şeva) qarşı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma İsrail mətbuatında adi bir avrokubok oyunu kimi təqdim edilmir.

Rəqib üçün də bu, klub tarixinin yaddaşına düşə biləcək dueldir. İsrail mediasının yazdıqlarına diqqətlə baxanda başqa bir mənzərə ortaya çıxır:

"Hapoel"in qarşısında sadəcə hesabda geridə olan Azərbaycan çempionu yox, öz meydanında oyunun taleyini dəyişə bilən təhlükəli komanda var".

İsrail mətbuatını düşündürən, əslində, "Hapoel" qalib gələcək?" deyil, "Təmsilçimiz tarix yazmağa hazırdır?" sualıdır.

İlk qarşılaşmada "Sabah" oyunun altıncı dəqiqəsində Velko Simiçin qolu ilə hesabı açdı.

Rəqib sonradan vəziyyəti dəyişərək 2:1 hesabı ilə qalib gəlsə də, İsrail mediasının bugünkü yazılarında Azərbaycan çempionunun erkən üstünlük əldə etməsi təsadüfi hadisə kimi qiymətləndirilmir.

Əksinə, "Hapoel"in baş məşqçisi Ran Kozuk etiraf edir ki, Azərbaycan çempionunun heyətində rəqib üçün təhlükə yarada biləcək bir neçə futbolçu var və əsas məqsəd "Sabah"a öz futbolunu oynatmağa imkan verməməkdir. Bu məqam vacibdir.

İsrail mediası "Sabah"ı klassik mənada "bir neçə fərdi oyunçu hesabına nəticə əldə edən rəqib" kimi təqdim etmir.

Əksinə, komandanın kollektiv oyununu və keçidlərdə təhlükəli olmasını ön plana çıxarır. Yəni, əsas yanaşma belədir:

"Hapoel" daha yaxşı vəziyyətdədir, amma "Sabah"ı çətinliklə keçmək mümkün olacaq".

İsrail mətbuatında matçla bağlı dərc edilən yazılarda bu iki məqam daha çox təkrarlanır: stadion və atmosfer.

Bakıdan hazırlanan reportajlarda Tofiq Bəhramov stadionunun, şəhərin və tribunaların oyuna təsiri ayrıca qeyd olunur. İsrail tərəfi təxminən 600 azarkeşin Bakıya gələcəyini təxmin edir. Stadionda on minlərlə azərbaycanlı fanatların olacağı proqnozlaşdırılır.

İsrail mediası üçün bu, sadəcə "ev sahibi üstünlüyü" deyil.

Çünki "Hapoel"in hazırkı psixoloji vəziyyətində "Sabah"ın vuracağı erkən qol balansı dəyişə bilər.

İsrail mediasının "Sabah" barədə formalaşdırdığı portret təxminən belədir:

"Sürətli, keçidlərdə təhlükəli, erkən qol vura bilən və evində oyunun ritmini dəyişən komanda".

Bu ifadə İsrail mediasının ümumi ruhunu çox yaxşı əks etdirir.

"Hapoel" tarixi qələbədən cəmi 90 dəqiqə uzadır, amma bu, düşündüyümüzdən daha çətin ola bilər".

Çünki rəqib üçün heç-heçə kifayətdir, amma komandanın yalnız müdafiə olunaraq 90 dəqiqə keçirməsi gözlənilmir.

"Hapoel" "Sabah"ı mübarizədən kənarlaşdırmalıdır. Amma rəqib doğma azarkeşlər önündə oyunun ssenarisini dəyişə bilən və erkən qol vuracağı təqdirdə, bütün hesablamaları alt-üst edə biləcək komandadır".

Rəqib "bayquşlar"a "asan rəqib" kimi baxmır.

Onlar "Sabah"ı tarixi nəticənin önündə duran son əngəl kimi görürlər.

Bu axşam Tofiq Bəhramov adına Respublika Stadionunda məhz həmin maneənin nə qədər böyük olduğu məlum olacaq.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR