"Karvan-Yevlax" bu gün növbəti transferini açıqlayıb.
Sport1.az xəbər verir ki, I Liqa təmsilçisi 23 yaşlı Mirəli Əhmədovu heyətinə cəlb edib.
Sol cinah müdafiəçisi ilə 2026/27 mövsümünün sonuna qədər sözləşmə imzalanıb.
Xatırladaq ki, Mirəli karyerası ərzində "Neftçi", "Sabah", "Şamaxı" və "Səbail"də də oynayıb.