son dəqiqə SON DƏQİQƏ
Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ● İspaniya Xorvatiya ilə qarşılaşır, Çexiya səfərdə İngiltərə ilə üz-üzə ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət Heydərov qələbə ilə başladı ● U-20 milli komandamız Qəbələdə Yaponiya ilə qarşılaşır ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxır ● "Sabah" FİBA Çempionlar Liqasında bu gün ilk matçına çıxır ● Azərbaycanın U-21 millisi Bakıda Cəbəllütariqə qarşı ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət bu gün mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● ML: Fransa Belçikanı, İtaliya Türkiyəni məğlub edib ● "İdmançılarımıza parlaq qələbələr arzulayıram!" ● Rəşad Eyyubov: “Bu toplanış bizi daha da birləşdirdi” ● AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ● “Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ● UEFA Millətlər Liqası: Elçin Məsiyev İsveç millisinin matçını idarə edəcək ● İsmayıl Nəsirzadə növbəti mərhələdə ● "Sumqayıt" növbəti 2 ev matçını da bu stadionda keçirəcək ● Tofiq Əliyevdən iki qızıl medal ●

"Qarabağ" səhvləri bağışlayacaqmı?

Bölmə adı Qarabağ
Yayımlandı 10-08-2026, 13:22

"Dinamo"nun oyun üslubu dəyişməyib və komanda hələ də çox səhvlərə yol verir. "Qarabağ" ilk görüşdə bu səhvlərdən tam istifadə edə bilmədi".

Sport1.az xəbər verir ki, bu sözləri Kiyev təmsilçisinin sabiq futbolçusu Artyom Kravets deyib.

O, Ukrayna klubunun müdafiədə ciddi boşluqlara yol verdiyini bildirib:

"Ağdam təmsilçisi son ötürmələrdə daha düzgün qərarlar versəydi, nəticə fərqli ola bilərdi. "Dinamo"nun müdafiəsində problemlər uzun müddətdir davam edir. Məşqçi heyətdə dəyişikliklər etməsinə baxmayaraq, vəziyyət düzəlməyib".

Kravets cavab qarşılaşmasının çətin keçəcəyini vurğulayıb:

“Əsas sual odur ki, "Qarabağ" bu səhvləri Bakıda, doğma azarkeşləri qarşısında bağışlayacaqmı? Açığı, "Dinamo"nun mərhələ adlamaq şanslarına ehtiyatla yanaşıram. Komanda cavab matçında ciddi təzyiqlə üzləşəcək. Validol ehtiyatı görün. Çətin olacaq".

Xatırladaq ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" və "Dinamo" (Kiyev) komandaları arasında keçiriləcək cavab oyunu avqustun 13-də baş tutacaq.[hide][/hide]

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR