"Sabah"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi "Orhus" Azərbaycana səfər edib.
Sport1.az xəbər verir ki, "bayquşlar"ın Danimarka klubu ilə cavab oyunu sabah baş tutacaq.
Qarşılaşma saat 20:00-da start götürəcək.
Xatırladaq ki, Masazır təmsilçisi ilk dueldən məğlub ayrılıb - 1:2.
