Paytaxt klubu bölgəyə köçdü

Bölmə adı I Liqa / Manşet
Yayımlandı 9-08-2026, 21:24

“Ordu” futbol klubu yeni mövsümdən etibarən ev oyunlarını Bakıda keçirməyəcək.

Sport1.az xəbər verir ki, bu barədə “hərbçilər”in idman direktoru Ramin Nəsirov şəxsi "feysbuk" hesabında paylaşım edib: 

"Ordu"nun bu stadionda ev oyunlarını keçirəcəyindən qürur duyuram".

Qeyd edək ki, daha əvvəl I Liqada çıxış edən “Xankəndi” də ev qarşılaşmalarını doğma meydanında keçirəcəyini açıqlayıb.

1955-ci ildə yaradılan “Ordu” fəaliyyətə başladığı gündən ev oyunlarını Bakıda keçirib.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR