son dəqiqə SON DƏQİQƏ
Premyer Liqa klublarının yay transferləri Cüdo üzrə Dünya Çempionatı: Yuri Maksimov "Araz-Naxçıvan"da "Gəncə" komandasının məşqçisi "B" kateqoriyası üzrə lisenziya aldı "Sumqayıt" Rüstəmi transfer etdi U-21 millimizin baş məşqçisi Rəşad Eyyübov jurnalistlərin önünə çıxacaq "Şəfa" yoldaşlıq matçına çıxacaq Daha bir milli komandamızın heyəti və oyunlarının təqvimi açıqlandı "Neftçi" bəyanat yaydı Elşad Şirzadov "Sumqayıt"da Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı

KL: "Qarabağ"ın cavab oyununun biletləri 5 manatdan satışa çıxarılır

Bölmə adı Qarabağ
Yayımlandı 6-08-2026, 10:56

Avqustun 13-də Bakıda UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Qarabağ” - "Dinamo" (Kiyev, Ukrayna) matçının biletləri satışa çıxarılır.

Sport1.az xəbər verir ki, azarkeşlər biletləri bu gün saat 12:00-dan etibarən onlayn qaydada əldə edə bilərlər.

Standart biletlərin qiymətləri 5, 10, 15 və 20 AZN, VIP sektorlar üçün 50, 75 və 100 AZN, VVIP sektorlar üçünsə 150 AZN-dir.

VVIP sektora bilet əldə etmiş azarkeşlərə həmin zonada çay süfrəsi təqdim olunacaq.

Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə almaq vacibdir.

Onlayn bilet alışı zamanı çətinlik yaranarsa, azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.

Stadiona giriş yalnız etibarlı QR kodlu biletlə mümkündür.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR