Gəncədə beynəlxalq karate turniri baş tutacaq

Bölmə adı Karate
Yayımlandı 15-07-2026, 19:32

İyulun 17-19-da Gəncə Olimpiya İdman Kompleksində "Olimpiya Ümidləri" beynəlxalq karate turniri keçiriləcək.

Sport1.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb.

Bir sıra ölkələrin idmançılarının iştirak edəcəyi turnir gənc karateçilərin təcrübə qazanmasına və beynəlxalq əlaqələrin inkişafına xidmət edəcək.

Yarışın təntənəli açılış mərasimi iyulun 18-də, saat 17:00-da Gəncə Olimpiya İdman Kompleksində baş tutacaq.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR