"Qarabağ"dan növbəti transfer həmləsi: Portuqaliyadan müdafiəçi gəlir

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 14-06-2026, 14:30

“Qarabağ” heyətini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.


Sport1.az xəbər verir ki, Ağdam təmsilçisi müdafiə xəttinə yeni oyunçu cəlb etməyə hazırlaşır. Bu barədə məlumatı Portuqaliyanın “O Jogo” nəşri yayıb.


“Köhlən atlar” hazırda “Kaza Pia”da çıxış edən Joau Quların transferinə çox yaxındır. Bir müddətdir yaxından izlənilən 26 yaşlı müdafiəçinin keçidinə Portuqaliya klubu da müsbət yanaşır.


Qeyd edək ki, futbolçunun “Kaza Pia” ilə müqavilə müddəti 2027-ci ilin yayına qədər qüvvədədir.

OXŞAR XƏBƏRLƏR