
“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Sport1.az xəbər verir ki, Ağdam təmsilçisi “Portimonense”nin 24 yaşlı üzvü Samuel Lobato ilə razılıq əldə edib. Məlumatı "Record" nəşri yayıb.
Yaxın günlərdə rəsmiləşəcək keçid üçün “Qarabağ”ın Portuqaliya klubuna müəyyən məbləğdə kompensasiya ödəyəcəyi bildirilir.
Bazar dəyəri 300 min avro olan oyunçu ötən mövsüm II Liqada 29 oyuna 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Lobato karyerası ərzində “Tondela”, “Famalikao” və “Belenenseş SAD” formalarını da geyinib.