
“Transfermarkt”in son bazar dəyəri yeniləməsi Misli Premyer Liqasında bir sıra adlar üçün mənfi göstəricilərlə yadda qalıb.
Sport1.az xəbər verir ki, ən çox dəyər itirənlərin siyahısına “Neftçi”nin futbolçusu Falaye Sako başçılıq edir. Malili müdafiəçinin bazar qiyməti 300 min avro azalıb.
Bundan başqa, “ağ-qaralar”ın heyətində çıxış edən Aleks Fernandes və Andriy Ştoqrının dəyəri 200 min avro, Rza Cəfərov və Elvin Camalovun göstəricisi isə 150 min avro aşağı düşüb.
Siyahıda “Zirə”nin yarımmüdafiəçisi Rövlan Muradov da yer alıb. Onun da bazar dəyərində 150 min avroluq azalma qeydə alınıb.
“Qarabağ”dan isə siyahıya yalnız qapıçı Fabian Buntiç daxil edilib. Alman əsilli xorvat qolkiperin dəyəri 200 min avro azalıb.
