son dəqiqə SON DƏQİQƏ
Dünya Çempionatı: Azərbaycan medal sayına görə üçüncü oldu ● "Onun 2-ci komandaya göndərilməsi klubun daxili intizam qərarı idi" ● "Sumqayıt" ilk qələbəsini qazandı ● Zirədə qollu bərabərlik ● "Bizə vaxt lazımdır" ● MPL: Zirədə qalib müəyyənləşmədi, "Sumqayıt" "Qəbələ"ni məğlub etdi ● "Şükür, bu gün meydanda vuruşaraq xalımızı qazandıq" ● "Çox yaxşı futbolçudur, istədiyimiz oyunçulardandır" ● Rəhim Həsənovun cəsarətsiz və ya yarınmağa çalışan hakimləri ● "Sumqayıt" - "Qəbələ": ● I Liqa: "Baku Sportinq" Yevlaxda "Gəncəbasar"a uduzub ● "Meydanda qat-qat yaxşı oynayan komanda biz idik" ● "Zirə" - "Şamaxı": ● Kokauri finalda, Kənan Nəsibov bürünc medal uğrunda yarışacaq ● Dünya Çempionatı: İki cüdoçumuz 1/4 finala, biri yarımfinala yüksəlib ● "Məncə, 0:0 oyunun gedişatına uyğun və tam normal nəticədir" ● DÇ: İki cüdoçumuz 1/8 finalda ● Dünya Çempionatı: Madina Kaisinova mundialla vidalaşıb ● "Neftçi"yə qarşı oynayarkən məhz bu komponentlərdə üstün olmalısan" ● Azərbaycanın 5 boksçusu Avropa Çempionatının finalına yüksəlib ● Camal Qamzatxanovdan uğurlu start ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 idmançımız mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● Millimiz “Antalyaspor”u məğlub edib ● “Zirə”nin rəhbəri Qırğızıstanda ● Dambrauskas: “Buna siz qərar verərsiniz” ● Vernidub: “Baş məşqçi başqa cür düşünsə…” ●

Kapitan növbəti oyunlar üçün söz verdi

Bölmə adı Voleybol
Yayımlandı 10-06-2026, 16:06

“Təəssüf ki, istədiyimiz oyunu nümayiş etdirə bilmədik”.


Sport1.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, bu barədə kişi voleybolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Vüqar Bayramov deyib.


O bildirib ki, komanda ilk iki oyunda ciddi problemlərlə üzləşib:


“İlk iki oyun bizim üçün kifayət qədər çətin keçdi. Təəssüf ki, istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Bunun əsas səbəblərindən biri rəqiblərimizin həm boyca, həm də fiziki cəhətdən üstün olmaları idi. Bununla belə, qarşıda bizi daha dörd vacib oyun gözləyir. Hazırda səhvlərimizi və çatışmazlıqlarımızı diqqətlə təhlil edir, növbəti görüşlərə daha yaxşı hazırlaşmaq üçün intensiv çalışırıq. İnanıram ki, qarşıdakı oyunlarda daha inamlı çıxış edəcəyik, daha keyfiyyətli voleybol nümayiş etdirəcəyik və komandamızın əsl potensialını ortaya qoya biləcəyik”.


Qeyd edək ki, komanda Gümüş Avropa Liqasında keçirdiyi ilk iki matçda Yunanıstan və İsveçə 0:3 hesabı ilə məğlub olub.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR