son dəqiqə SON DƏQİQƏ
Dünya Çempionatı: Azərbaycan medal sayına görə üçüncü oldu ● "Onun 2-ci komandaya göndərilməsi klubun daxili intizam qərarı idi" ● "Sumqayıt" ilk qələbəsini qazandı ● Zirədə qollu bərabərlik ● "Bizə vaxt lazımdır" ● MPL: Zirədə qalib müəyyənləşmədi, "Sumqayıt" "Qəbələ"ni məğlub etdi ● "Şükür, bu gün meydanda vuruşaraq xalımızı qazandıq" ● "Çox yaxşı futbolçudur, istədiyimiz oyunçulardandır" ● Rəhim Həsənovun cəsarətsiz və ya yarınmağa çalışan hakimləri ● "Sumqayıt" - "Qəbələ": ● I Liqa: "Baku Sportinq" Yevlaxda "Gəncəbasar"a uduzub ● "Meydanda qat-qat yaxşı oynayan komanda biz idik" ● "Zirə" - "Şamaxı": ● Kokauri finalda, Kənan Nəsibov bürünc medal uğrunda yarışacaq ● Dünya Çempionatı: İki cüdoçumuz 1/4 finala, biri yarımfinala yüksəlib ● "Məncə, 0:0 oyunun gedişatına uyğun və tam normal nəticədir" ● DÇ: İki cüdoçumuz 1/8 finalda ● Dünya Çempionatı: Madina Kaisinova mundialla vidalaşıb ● "Neftçi"yə qarşı oynayarkən məhz bu komponentlərdə üstün olmalısan" ● Azərbaycanın 5 boksçusu Avropa Çempionatının finalına yüksəlib ● Camal Qamzatxanovdan uğurlu start ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 idmançımız mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● Millimiz “Antalyaspor”u məğlub edib ● “Zirə”nin rəhbəri Qırğızıstanda ● Dambrauskas: “Buna siz qərar verərsiniz” ● Vernidub: “Baş məşqçi başqa cür düşünsə…” ●

12 yaşadək uşaqlar arasında “Mini Volley” festivalı keçirilib

Bölmə adı Voleybol
Yayımlandı 6-06-2026, 19:18

Bu gün Azərbaycan Voleybol Federasiyasının (AVF) təşkilatçılığı ilə 12 yaşadək uşaqlar arasında “Mini Volley” festivalı keçirilib.


Sport1.az xəbər verir ki, festival Bakı ilə yanaşı, bölgələrdə də təşkil olunub. Tədbirdə paytaxt üzrə 200, ümumilikdə isə 2000-ə yaxın qız və oğlan voleybolçu iştirak edib.


Bakıdakı festival Dəniz Mall-un qarşısında təşkil olunub. AVF-nin baş katibi Faiq Orucov tədbiri açaraq iştirakçıları və qonaqları salamlayıb. O bildirib ki, festivalın keçirilməsində əsas məqsəd uşaqlar arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliği, eləcə də dostluq və komanda ruhu kimi dəyərlərin təşviqidir. Orucov vurğulayıb ki, federasiyanın prioritet istiqamətlərindən biri uşaq voleybolunun inkişafıdır və bu sahədə ardıcıl işlər həyata keçirilir. O, ənənə halını alan bu cür tədbirlərin voleybolla məşğul olanların inkişafına, həmçinin daha çox uşağın idmana cəlb olunmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.


Rəsmi açılış mərasimindən sonra ərazidə qurulan voleybol meydançalarında uşaqlar arasında simvolik yarışlar və müxtəlif əyləncəli oyunlar təşkil olunub.


Sonda festivalda iştirak edən uşaqlara sertifikatlar, valideynlərə isə təşəkkürnamələr verilib. Sertifikatları AVF-nin prezidenti Şahin Bağırov və federasiyanın vitse-prezidenti Bəhruz Quliyev tərəfindən təqdim edilib.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR