son dəqiqə SON DƏQİQƏ
UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib - 27 yaşlı niderlandlı rəsmən “Borussiya”da “Bavariya”nın futbolçusu huşunu itirib “Milan”dan ayrıla bilər “Barselona”ya keçidi rəsmiləşdi “Tottenhem”dən “Yuventus”a Güləşçimiz dünya üçüncüsü oldu Dünya çempionu vətənində çıxış edəcək Bundesliqaya qayıtdı “Kəpəz” yoxlama oyunu keçirəcək “Şəki”dən yeni transfer Serbiyalı yarımmüdafiəçi “Neftçi”də Seneqal millisində yeni təyinat DÇ: 3 güləşçimiz yarımfinalda Premyer Liqa klublarının yay transferləri "Qarabağ"ın "Tvente" ilə səfərdəki qarşılaşmasının hakim təyinatları "Cümə axşamı bu iki komandanın ilk görüşünün 17 ili tamam olacaq" Avropa Çempionatının Bakıdakı oyunlarının hakimləri açıqlanıb "Zaqatala" Raul Nağıyevlə anlaşıb Bu departament rəhbəri də AFFA-dan göndərildi "Neftçi" gənc oyunçu ilə bağlı qərarını açıqlayıb "Şahdağ Qusar"dan "Səbail"ə "Neftçi" bu futbolçu üçün 400 min avro təzminat ödəyəcək - "Ümid edirəm ki, yenə də mərhələni keçən tərəf bizim komanda olacaq" "Səbail" Türkiyə klubu ilə üz-üzə IJF-dən İlham Zəkiyevin yubiley çempionluğu ilə bağlı xüsusi yazı "Sabah" "Yuventus"la qarşılaşacaq Marko Yankoviç də "Qarabağ"dan ayrılacaq? - Futbolçunun özü danışdı

Mirəli Seyidovun xatirəsinə həsr olunmuş karate turniri yekunlaşıb

Bölmə adı Karate
Yayımlandı 18-05-2026, 19:51

Azərbaycanın əməkdar məşqçisi, mərhum Mirəli Seyidovun xatirəsinə həsr olunmuş "kyokuşin (Kay) senşi karate" üslubu üzrə karate turniri başa çatıb.


Sport1.az xəbər verir ki, turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən 400-ə yaxın idmançı müxtəlif yaş və çəki dərəcələri üzrə qüvvəsini sınayıb.


Tədbirdə ölkənin idman ictimaiyyətinin tanınmış nümayəndələri, veteran idmançılar, məşqçilər, hakimlər, müxtəlif idman klublarının rəhbərləri və idmançıların ailə üzvləri iştirak ediblər.


Turnir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.


Tədbir çərçivəsində çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev mərhum Mirəli Seyidovun karatenin inkişafında mühüm xidmətlər göstərdiyini bildirib. Qeyd olunub ki, o, uzun illər ərzində karatenin inkişafı, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi və sağlam həyat tərzinin təbliği istiqamətində böyük fəaliyyət göstərib.


Ülvi Quliyev vurğulayıb ki, Mirəli Seyidov yalnız peşəkar məşqçi deyil, həm də yüksək insani keyfiyyətlərə malik nüfuzlu idman xadimi olub. Onun yetirmələrinin müxtəlif yerli və beynəlxalq yarışlarda qazandıqları nailiyyətlər Azərbaycan idman tarixində xüsusi yer tutur. Deputat qeyd edib ki, belə turnirlər həm gənclərin idmana marağının artırılması, həm də görkəmli idman xadimlərinin xatirəsinin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.


Turnir çərçivəsində Mirəli Seyidovun ailə üzvlərinə Azərbaycan Karate Federasiyası tərəfindən plaketlər, fəxri sertifikatlar və xatirə hədiyyələri təqdim olunub. Eyni zamanda, bir sıra məşqçi və idmançılar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.


Sonda çıxış edən qonaqlar Mirəli Seyidovun xatirəsinin daim ehtiramla yad ediləcəyini bildirərək, yarışın təşkilatçılarına təşəkkürlərini ifadə ediblər.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR