Karateçilərimiz Avropa Çempionatında 6 medal qazanıb

Bölmə adı Karate
Yayımlandı 13-05-2026, 19:27

Azərbaycan Karate Federasiyasının Fullkontakt/Şinkyokuşin üslubu üzrə milli yığma komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında iştirak edib.


Sport1.az xəbər verir ki, qurumun vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi altında 24 idmançı (13 böyüklər və 11 gənclər), 5 hakim və 6 məşqçi ilə təmsil olunub.


Yarışın nəticələrinə əsasən, böyüklər arasında Əliqismət Həsənov (-70 kq) gümüş medal qazanıb. Səlahət Həsənov (-80 kq) və Solmaz Zeynallı (-59 kq) isə bürünc medala sahib olublar.


Gənclər arasında Zamin Fərəcov (-75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Avropa çempionu olub. Elmir Cəbrayılov (-75 kq) gümüş medal, Nihat İmanov isə (-65 kq) gümüş medal qazanıb.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR