son dəqiqə SON DƏQİQƏ
Eldəniz Əzizli və Sənan Süleymanov Dünya Çempionatının finalında ● Millimiz qələbə ilə start verdi ● "Turan Tovuz" azlıqda qalan "Neftçi" ilə heç-heçə etdi ● Qran-Pri turniri: Cüdoçularımız yarışa 3 medalla start veriblər ● " 10 aydır onun üzərində işləyirəm, görünür, pis işləmişəm" ● "Rəqib azlıqda olanda da matçda üstün tərəf biz idik" - Berdiyev ● "Şəfa" "Kəpəz"ə uduzdu, "Neftçi" - "Turan Tovuz" matçında "sülh" ● Super Liqada 1-ci tur: "Neftçi" "Xilasedici"yə uduzdu ● "Kəpəz"dən əzmkar qələbə ● "Hələ çatışmayan cəhətlərimiz var" ● Zaur Həşimovdan məğlubiyyət şərhi: "Bunu üzərimizdən ata bilmirik" ● Avropa Kuboku: "Kür" komandası turnirlə vidalaşıb ● Millimiz bu dəfə də məğlub oldu ● "Neftçi" - "Turan Tovuz": ● NTD "Ordu"ya uduzub ● Azərbaycan klubu iki məşqçi ilə müqaviləyə qarşılıqlı xitam verib ● "Şəfa" - "Kəpəz": ● Günün oyunları: ● "Sabah"ın legioner futbolçusu Almaniya klubuna yollana bilər ● Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazandı ● "Ötürmə" verilişi: Samir Abasov öz səhvlərinin cəzasını çəkir ● Avropa Çempionatı: Daha 2 veteran cüdoçumuz gümüş medal qazanıb ● Güləş üzrə Dünya Çempionatı: 4 təmsilçimiz mübarizəyə başlayır ● FİFA U-15 Dünya Çempionatı: Bu gün açılış mərasimi keçiriləcək ● Samir Abasovun dərdi nədir? ● Azərbaycan Basketbol Liqası: "Sabah" "Naxçıvan"a uduzub ● "Sumqayıt" Zirə səfərindən əliboş dönür: ● "Komanda olduqca baxımlı və mobil futbol oynayır" ●

"Tək Rüfətin yox, hamının millidə oynamaq arzusu var" - MÜSAHİBƏ

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 17-03-2025, 18:46

Dünən Misli Premyer Liqasının 27-ci turunda "Sumqayıt" səfərdə "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub etdi.

Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra "kimyaçılar"ın yarımmüdafiəçisi Səbuhi Abdullazadə jurnalistlərin suallarını cavablandırdı

Həmin müsahibəni təqdim edirik...

- "Turan Tovuz"la matçda vacib qələbə qazandınız. Görüş haqda fikirlərini bilmək maraqlı olardı...
- Çətin səfər idi. "Turan Tovuz" hər komandaya çətinlik yaradan rəqibdir. Tovuza qələbə üçün gəlmişdik. İstədiyimiz nəticəni aldıq.

- Artıq Premyer Liqada qalmağı təmin etdiyinizi demək olar?
- Xeyr! Heç kim Premyer Liqada qalmağı təmin etməyib. Hər şey ola bilər. 11 oyunluq uğursuz seriyamız oldu. Özümüzdə güc tapıb çətin vəziyyətdən çıxa bildik.

- "Turan Tovuz"un standart vəziyyətlərinə qarşı xüsusi hazırlığınız olmuşdu?
- Bəli, hazırlaşmışdıq. Bilirdik ki, "Turan Tovuz" standart vəziyyətlərdə çox güclüdür. Baş məşqçimiz lazım olan tapşırıqları vermişdi.

- Ardıcıl iki qələbədən sonra başınızın üstündəki "qara buludlar"ın dağıldığını demək olar?
- Hələ qarşıda 4-cü dövrənin oyunları var. İndidən nəsə demək çətindir. Yaxşı da ola bilər, pis də. Biz yaxşı nəticələr üçün çalışacağıq. Komanda qələbə qazandıqca, işlər düzəlir.

- Yenidən milliyə dəvət almısan. Təəssüratların necədir?
- Millidə oynamaq hər futbolçunun arzusudur. Əvvəlki toplanışlarda milliyə dəvət olunmuşam, amma şans qazana bilməmişəm. Çox istəyərəm ki, formanı tərlədim. Ən azından Sumqayıtda, öz şəhərimdəki Haiti yığması ilə matçda meydanda olmaq istəyirəm. Əgər şans verilsə, bacardığımı edəcəyəm.

- "Səbail"də çıxış edən Rüfət Abdullazadənin milliyə dəvət almamasına münasibətin necədir? Çoxu düşünür ki, o, yığmaya çağrılmalıdır. Səncə, əminoğlu yığmaya dəvət olunmalıdır?
- Tək Rüfətin yox, hamının millidə oynamaq arzusu var. Amma buna baş məşqçi qərar verir. Biz nəsə deyə bilmərik. Bu dəfə olmadı, gələn dəfə Rüfət də dəvət ala bilər.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR