20:56 16.02.2026 48

"Qarabağ"ı başa düşmək olar" - Valdas Dambrauskas

Misli Premyer Liqasının 20-ci turu çərçivəsində "Sabah" səfərdə "Qəbələ"nin qonağı olub. Matç "Sabah"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.


Sport1.az  xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra rəqib üzərində qazanılan qələbəni şərh edib.


Litvalı mütəxəssis rəqibin oyununu yüksək qiymətləndirib və turnir cədvəlində liderliyə yüksəlmələrinə baxmayaraq əsas diqqəti öz inkişaflarına yönəltdiklərini bildirib. O, həmçinin oyunun sonunda ləğv edilən qol epizodu və "Qarabağ"ın matçının təxirə salınması barədə sualları cavablandırıb:


"Oyuna görə hər iki komandaya təşəkkür edirəm. "Qəbələ" çox yaxşı komandadır. Onların oyununda həqiqətən də məşqçi işi görünür. "Qəbələ" turnir cədvəlinin daha yuxarı pillələrində olmağa layiqdir. İstədiklərimizi həyata keçirmək üçün 20-25 dəqiqə vaxt lazım oldu. Rəqibin oturuşmuş müdafiəsini yarmaq çox çətin idi. Birinci hissədə bir qol fürsətimiz oldu. İkinci hissədə müəyyən düzəlişlər etdik. Xüsusən də ikinci hissənin əvvəlində yaxşı çıxış etdik. Qol da vurduq. İkinci qolu da vura bilərdik. Matçın son dəqiqələri bizim üçün çətin keçdi. Son 10 dəqiqədə "Qəbələ" tam heyətlə irəli atıldı. Onlar xoş sözlərə layiqdir. Bəlkə də "Qəbələ" bu gün 1 xala layiq idi. Qapıçımız möhtəşəm qurtarış etdi. Nəticədə 3 xal qazanan tərəf biz olduq. Futbolçularımı təbrik edirəm. Artıq "Kəpəz"lə oyuna hazırlaşmalıyıq."

Daxili çempionatdakı təxirəsalınmalar və "Qarabağ"ın Çempionlar Liqasındakı uğuru barədə Dambrauskas bunları qeyd edib:

"Bu, bizim səlahiyyətimiz daxilində olan məsələ deyil. Əsas hədəfimiz komandanı öz oyunlarımıza kökləməkdir. Litvada da bəzən oxşar hallar baş verir. Sentyabra qədər avrokubokların təsnifat mərhələləri keçirildiyi üçün bizim ölkədə də çempionat matçları təxirə salınır. Amma bunun nə dərəcədə doğru olduğunu deyə bilmərəm, çünki təqvimə nəzarət edən müvafiq qurumlar var.

"Neftçi" və "Qarabağ" köklü klublardır. "Qarabağ"ın vəziyyətini anlamaq olar, onlar tarixi bir uğura imza atıblar. Lakin belə məqamlarda daxili çempionatı da unutmaq olmaz. Qərar verən şəxs mən deyiləm, bunun üçün xüsusi qurumlar var və mən onların qərarlarına hörmətlə yanaşıram"

.Hakimlik və VAR mövzusuna toxunan baş məşqçi texnologiyanın bəzən futbolun ruhuna təsir etdiyini bildirib:"Bu, mənim səlahiyyətimdə olan məsələ deyil. Son dəqiqələrdə qapıçımızın möhtəşəm qurtarışı var idi. Rəqib oyunçunun əllə oynadığı görünürdü. VAR-da daha yaxşı görürlər. Mən özüm VAR sisteminin çox da tərəfdarı deyiləm. Bəzən lehinə, bəzən əleyhinə işləyir. "Sumqayıt"la matçda bizim iki qolumuzu ləğv etdilər. Hakim 5-6 dəqiqə artırsaydı, yəqin ki, fərqlənən tərəf "Qəbələ" olacaqdı.”

Dambrauskas həmçinin Millətlər Liqasındakı Azərbaycan-Litva rəqabətini "maraqlı təsadüf" adlandırıb və hər iki komandanın qrupda əsas söz sahibi olacağını vurğulayıb:

"Harada işləyirəmsə, maraqlı və qəribə təsadüflə qarşılaşıram. Bolqarıstanda çalışanda Litva onlarda eyni qrupa düşdü. Kiprdə də həmçinin. İndi də Azərbaycanda belə hal oldu. Hər iki milli komanda haqda xoş sözlər deyə bilərəm. Əsas mübarizə Azərbaycanla Litva arasında olacaq. Bu sözləri Lixtenşteyn yığmasına hörmətlə yanaşaraq deyirəm. Hansı futbolçuların oynayacağı çox önəmlidir. Litva millisində çoxlu keyfiyyətli oyunçular var. Amma onlardan biri zədələnsə, komandaya çox böyük təsir göstərə bilər. Bizim "Çelye"də çıxış edən güclü hücumçumuz var. O, ağır zədə alıb. Xırda detallar oyunun taleyini həll edəcək. Azərbaycan yığmasında "Qarabağ"da çıxış edən təcrübəli futbolçular var. Litvanı da unutmayaq. Gənc və uğura ac komandadır. Yaxşı məşqçilər heyəti var. Onu da deyim ki, Litva millisi oyunlara hazırlaşarkən mənim köməyimə ehtiyacları olmayacaq. Müasir dövrdə bütün oyunları izləmək olur. İki gərgin oyun bizi gözləyir".(sportal.az)

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

23:55

Konte “Napoli”dən ayrılacaq? - Klub prezidenti açıqladı

23:13

Millimiz Avropa üçüncüsü oldu

22:48

Karateçilərimizdən Avropa Çempionatında 9 medal

21:51

“Şamaxı”nın legioneri milliyə dəvət olunub

21:08

Güləşçilərimiz Avropa Çempionatını 6 medalla başa vurub

20:06

Bakıda cüdo üzrə Liqa yarışının III turu başa çatıb

19:05

“Qarabağ”dan növbəti transfer - RƏSMİ

18:55

Jorj Kaşkilya: “Gələcək haqda heç nə deyə bilmərəm”

18:33

Füzuli Məmmədov: “Rəhbərliklə görüşümüzdən çox şey asılıdır”

17:56

Premyer Liqa: Mövsümə yekun vuruldu - YENİLƏNİB

16:54

Millilərimizin hazırlıqları davam edir

16:34

Gənclər Liqasının qalibləri mükafatlandırıldı

15:45

“Araz-Naxçıvan”dan 30-cu ev qələbəsi

14:57

“İmişli” - “Karvan-Yevlax”: HEYƏTLƏR

14:27

Tarixdə 10-cu: 400-cü qol

14:13

Premyer Liqa: Pley-offun vaxtı və nominal ev sahibi müəyyənləşib

12:48

500-cü qol: 21 ildən sonra

12:24

“Qarabağ”ın Avropa Liqasındakı potensial rəqibləri müəyyənləşib

11:53

Millimizin üzvü oynamadı, komandası aşağı liqaya düşdü

11:36

Super Liqa klubu iki futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

10:36

İngiltərə Premyer Liqasına yüksələn sonuncu komanda müəyyənləşib

09:24

Üç güləşçimiz Avropa Çempionatının finalında

00:56

Karateçimizdən Avropa Çempionatında qızıl medal

00:27

Almaniya Kubokunun qalibi bəlli oldu

23:56

“Şamaxı”da kütləvi ayrılıq - RƏSMİ

23:20

Güləşçimiz Avropa çempionu oldu

22:21

Andrey Demçenko: “Qalib gəlmək xoşdur”

22:06

Rəşad Sadıqov: “Ötən illə müqayisədə…”

21:45

U-21 millimizin heyəti açıqlanıb

20:57

"Neftçi" və “Araz-Naxçıvan” mövsümü qalib başa vurdu - YENİLƏNİB

20:43

“Siti”nin futbolçusu ən yaxşısı seçildi

20:26

Cüdo üzrə Liqa yarışının III turu start götürüb

19:38

AMF-in prezidenti millinin üzvləri ilə görüşüb

19:16

Bakıda atletika üzrə beynəlxalq yarışa start verilib

18:54

Azər Bağırov: “Məsələ tək büdcə deyil”

18:37

Vernidub: “Nə istəyirdiksə, ona nail olduq”

18:18

“Araz-Naxçıvan” - “Zirə”: HEYƏTLƏR

17:53

"Şamaxı" Ayxan Abbasovla vidalaşdığını açıqladı - RƏSMİ

17:39

"Qarabağ" üç futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

16:22

Mourinyonun təyinatı təxirə salındı

16:11

Çempionluq paradında tarixi izdiham gözlənilir - 1 milyon insan!

15:52

"Mançester Yunayted" Edersonu transfer etməyə yaxındır

15:30

“Qalatasaray”dan 30 milyonluq transfer planı

15:11

“Real Madrid”də vida günü: iki futbolçu son oyununa çıxır

14:47

“Kəpəz” – “Neftçi”: “11-lik”lər bilindi

14:23

Azərbaycan yığması İspaniyada təlim məşq toplanışında olub

14:02

Ayxan Abbasov millinin heyətini açıqladı

13:49

Boksçularımız Batumidə beynəlxalq turnirdə mübarizə aparacaqlar

13:29

Azərbaycanın FIFA referiləri beynəlxalq oyunlara təyinat alıblar

13:11

UEFA Avropa Liqası: “Beşiktaş” “Qarabağ”ın potensial rəqibi oldu

12:44

İsmail Kartaldan “Fənərbağça” açıqlaması

12:33

Türkiyə Superkubokunda cütlüklər müəyyənləşdi

12:20

Beynəlxalq Güləş Günü münasibətilə Şamaxıda jurnalistlər üçün media-tur təşkil olunub

11:46

"Liverpul"un sabiq qapıçısı karyerasını başa vurur

11:25

Bu futbolçu yayda "Çelsi"yə keçəcək

11:05

"Mançester Siti"nin stadionunun şimal tribunası Qvardiolanın şərəfinə adlandırılacaq

10:48

Ülviyyə Samokovda tarix yazdı, Mədinə üçüncü oldu

10:26

Parakarateçilərimizdən uğurlu çıxış

10:14

A seriyasında mövsümün ən yaxşı məşqçisi odur

09:51

“Trabzonspor” 10-cu dəfə Türkiyə kubokunun qalibi oldu

09:20

Fransa kubokunun qalibi müəyyənləşdi

23:58

Saşa İliç: “Səviyyəli komanda yaratmaq istəyiriksə…”

23:43

Qurban Qurbanov: “Bizim işimiz hələ davam edir”

22:26

Sakarya Gənclər və İdman İdarəsinin nümayəndə heyəti “Kəpəz”in qonağı olub

21:58

Kikboksçularımızdan Dünya Kubokunda 32 medal

21:23

“Sabah” və “Qarabağ” mövsümü qalib başa vurdu - YENİLƏNİB

20:56

“Real” Alaba ilə bağlı qərarını verdi - RƏSMİ

20:32

DÇ-2026: İngiltərə millisinin heyəti açıqlanıb

20:20

Dambrauskas: “Bunlar bizə qarşı hörmətsizlikdir”

19:48

Kurban Berdıyev: “Bu mövsüm bizə göstərdi ki…”