son dəqiqə SON DƏQİQƏ
UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib - "Böyük Dəbilqə": Cüdoçularımız bu gün mübarizəyə start verirlər I Liqa klubunda legioner hücumçu "Sumqayıt"ın ənənəvi Yay Futbol Düşərgəsinə start verilib - AÇ: Yığmamız sonuncu oyuna çıxır Günün oyunları: "Qarabağ" "Tvente"yə məğlub oldu, avrokuboklarla vidalaşdı - Premyer Liqa klublarının yay transferləri Muradın komandası əsas mərhələdə, Mahir KL-lə sağollaşdı

Ayxan Abbasov: “Problemlərdən danışıram, xoşlanılmır”

Bölmə adı Milli / Manşet
Yayımlandı 26-03-2026, 18:59

Azərbaycan milli komandası “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Sent Lüsiya yığması ilə üz-üzə gələcək.


Sport1.az xəbər verir ki, yığmamızın baş məşqçisi Ayxan Abbasov matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib:


– Niyə millidə Yusif İmanov yoxdur?
– Niyə olmalıdır? Yusifin legioner karyerası yaxşı alınmadı. “Kəpəz”ə qayıdandan sonra bir neçə oyunda özünü yaxşı göstərdi. Qapıçı mövqeyi bizim üçün çətindir. Çempionatda da komandalar legionerlərə üstünlük verir, rəqabət var. Rəqabətdə qalib gəlməlidirlər. Millinin hər dəfə siyahısı çıxanda hansısa adlar önə gətirilir. Necə ki, Mahir Emrelini Fransa ilə oynadanda çox qınadılar. Amma həmin vaxtdan sonra komandasında ona qarşı fikirlər müsbətə dəyişdi. Futbolun yazılmamış qanunları var. Nəyisə bilir, görürüksə, çağırırıq. Şahruddinlə bağlı həkimlərlə danışdıq və tam hazır olduqlarını bildirdilər. Kapitanımızdır, liderlik keyfiyyəti var. Məşqlərdə də o qədər əzmkardır ki, onu gələcək toplanışa da düşünürük. Gələcəkdə Yusif və ya digərləri daha yaxşı olacaqsa, çağırılacaq. Daha əvvəl Kamran və Mehdini deyirdilər, bu dəfə adları hallanmır. Bütün futbolçulara qapılar açıqdır.


– Növbəti rəqib bizdən çox zəifdir. Sabah böyük hesabla qalib gəlib, tarixi nəticə düşünürsünüz?
– Bu iki oyunda daha çox komanda olmağa çalışacağıq. Əvvəlki matçlarda rəqiblər çox imkan vermirdi. Bu oyunlarda maksimumu etməyə çalışacağıq. İnanıram ki, yaxşı toplanış keçirəcəyik.


– 11-ci yerdə gedən komandadan iki qapıçı çağırmaq nə dərəcə məntiqlidir?
– Bu sual mənə qəribə gəlir. Premyer Liqada 11-ci yerdə gedən komandadan başqa hansında yerli qapıçı əsas heyətdir? Fikirlərinizə hörmətlə yanaşıram. Baxırıq, qapıçıların durumlarını nəzərə alırıq. Hazırda Rza və Yusif əsas heyətdir. “Sumqayıt”da da gənc qapıçı var, Xəyal. O da U-21 yığmamızın vacib üzvüdür. Xəyalın da bu gün performansına baxırıq, böyük oyunlar üçün hazırdımı? Bunlara baxırıq. Yoxlanış üçün vaxtımız yoxdur. Əsas millimiz hazırdır və yoxlanış edək deyə fikir yoxdur. Gələcəkdə U-23 millimiz olarsa, belə oyunçuları orda yoxlamaq olar. Bizdə o qədər vaxt yoxdur indi sınaq edək.


– Bu mövsüm sizin üçün ən böyük çətinlik nədir?
– Premyer Liqada çətinliyi arxada qoyduq. Qarşımıza qoyulan məqsəd liqada qalmaq idi. Bəlli büdcəmiz var idi. Rəqabətin çətin olacağını bilirdik. Məncə, bu mübarizədən qalib ayrıldıq. Yuxarı pillələrə qalxmaqda çətinlik yaşadıq. Millidə ilk gələndə çətinlik yaşadıq. Ağır oyunlar oldu. Ukrayna ilə matçdan bir xal qazandıq, fransızlara uduzduq. Milli komanda ondan əvvəl də bir xal qazanmışdı. Bu mövsüm tam başqadır. Hədəf Millətlər Liqasında C Liqasına qalxmaqdır. Litva, Lixtenşteyn bizə ad baxımından rahatlıq verə bilər. Amma asan oyunlar olmayacaq. Bu matçlara yaxşı hazır olmalı, qalib ruhunu yaratmalıyıq.


– Özünüzü bir neçə il də millidə görürsünüzsə, bu, sual sizi maraqlandırar… Dünən U-19 yığması Litvaya 0:4 hesabıyla uduzub. Bu uşaqlar gələcəyin əsas yığmasını formalaşdıracaq…
– Realist, səmimi olaq. Problemlərdən danışıram, xoşlanılmır. Bu gün fikirləşirik ki, yığmanın müdafiə mövqeyində oyunçuların ortalama yaşı yuxarıdır. U-21 yığmasının məşqçisi ilə danışıram, o da stopper problemindən danışır. Hər kəs problemi bilir, iş baxımından başlamalı, səbirli olmalıyıq. Bəli, problemlər həllini tapana qədər aşağı yaş qrupları çox çalışmalıdır. Bu oyunçular da klublardan gəlir. Akademiyalara diqqət artmalıdır. Millinin məşqçisi 10-12 gün toplanış müddətində nəyisə çox dəyişə bilmir. Futbolçular milliyə hazır gəlməlidir. İndi baxırıq, “Sabah”ın, “Neftçi”nin, “Zirə”nin yerli oyunçuları formadadır. Bu, bizi sevindirir. Uşaq futboluna baxış dəyişməlidir. Nə qədər danışırıqsa, fərq olmur. 10 il əvvəl meydança problemindən danışırdıqsa, yenə də eyni məsələdir. Hər kəs nəticə, avroliqa, rəqabət və s. haqda danışır.


– Futbolçuların diqqəti klublarında, avrokuboklardadır. O oyunçuları qısa müddətdə necə milliyə kökləmək olar? 20 aydır, qələbə qazanmırıq…
– Səhv etmirəmsə, 4-cü toplanışımdır. Futbolçular indi çox yaxşı əhvaldadır. İlk dəfədir, belə görürəm. Futbolçular var ki, zədələri olsa belə, yığmaya gəlib, oynamaq istəyir. Onların istəyi var. Biz də belə məqamları danışırıq. Futbolçular da qələbə istəyir. Burda məşqçi, futbolçu yox, ölkə məsələsi var. İnanın, məşqlər də çox maraqlı keçir. İntensivlik var idi. Futbolçuların istəyi var. Futbolda hər nəticəyə razı olmaq lazımdır, amma ümidimiz böyükdür. Birlikdə çalışacağıq ki, bu durumdan çıxaq.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR