
Misli Premyer Liqasının XXX turunun “Şamaxı” – “Sabah” oyunundan (0:3) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov fikirlərini bölüşüb.
Sport1.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:
“Sabah”ı çempionluq münasibətilə təbrik edirəm, onlara uğurlar arzulayıram. Azarkeşlərimizə dəstələrinə görə minnətdaram. David Sezarın zədələnməsi oyunun qırılma anı idi.
Gənclərə şans verdik, epizodlar yaratdıq. “Sabah” kimi komandaya qarşı oynamaq çətindir. Qarşıda üç oyun var, mövsümü maksimum şəkildə yaxşı bitirməyə çalışacağıq”.